“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına
müsahibə verib: “Digər oyunlara olduğu kimi bu, görüşə də normal hazırlaşmışıq.
Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından məşq
etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik.
Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. ”Neftçi” ilə oyuna qələbə əzmi
ilə gedirik. Düzdür, rəqib favoritdi, Avroliqada çıxış edir. Buna baxmayaraq,
biz qələbə
qazanmaq istəyirik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”.
|