![](uploads/79866_DSC8477.JPG) Konfrans Liqasında qrup mərhələsinin oyunları başlayıb. İlk turda İsveçrənin “Bazel” klubunu qonaq edən “Qarabağ” turnirə bir xalla start verib. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb. H qrupunun digər qarşılaşmasında da qol səsi eşidilməyib. Qeyd edək ki, “köhlən atlar” Konfrans Liqasında növbəti oyununu (30 sentyabr) Kiprdə “Omoniya”ya qarşı keçirəcək.
|