![](uploads/42085_DSC6422.JPG) Çempionlar Liqasının I təsnifat mərhələsində “Dinamo Tbilisi”ni qəbul edən “Neftçi” 2:1 hesabla qalib gəldi. Bütün qolların ikinci hissədə vurulduğu matçda bakılıların heyətində Emin Mahmudov və Namik Ələskərov fərqləndi. İki oyunun nəticəsinə görə rəqibindən 4:2 üstün olan “ağ-qaralar” növbəti mərhələyə yüksəldi. Qeyd edək ki, “Nefçi” II təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq.
|