Azərbaycan Premyer Liqasında bürünc medalların sahibinə mükafatlar təqdim olundu. “Sumqayıt” sonuncu turda səfərdə “Səbail”ə 1-0 hesabı ilə qalib gəldi. Son turdan əvvəl “Zirə”dən 2 xal geri qalan “gənclik şəhəri” təmsilçisi qəsəbə komandasının “Sabah”a məğlubiyyətindən (1:2) maksimum istifadə etdi. “Dalğa Arena”da AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun iştirak etdiyi mərasimdə “Sumqayıt” bürünc medallara qovuşdu. Qeyd edək ki, “Sumqayıt” tarixində ilk dəfə olaraq Premyer Liqada medal qazandı.
|