Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün ən məhsuldar oyunçusu “Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov oldu. O, 19 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görüldü. Sonuncu turun "Neftçi" - "Qarabağ" qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Namikə xüsusi hədiyyə təqdim edildi. Qeyd edək ki, Ələskərov ən yaxın izləyicisi Mahir Emrelini 1 qol qabaqladı.
|