Sabah Azərbaycan I Divizionda 2020/2021-ci illər mövsümünün mükafatlandırılma mərasimi keçiriləcək. Son turun “Zaqatala” – “Neftçi-2” görüşündən sonra Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında baş tutacaq mərasimdə müvafiq olaraq “Turan Tovuz”a bürünc, “Zaqatala”ya gümüş, “Neftçi-2”yə isə qızıl medallar və kubok təqdim olunacaq.
Tədbirə KİV nümayəndələri dəvətlidir.
|