Futbol üzrə Azərbaycan I Divizionda 2020/2021 mövsümünün son turunun oyun cədvəli məlum oldu. Eyni gündə keçiriləcək turun iki görüşü I Divizionun yutub kanalında canlı yayımlanacaq.
17 may (bazar ertəsi) “Kəpəz” – “Sabah-2” Gəncə şəhər stadionu, 15:00 “Zaqatala” – “Neftçi-2” Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 16:30 (canlı/pfl.az) MOİK – “Turan Tovuz” Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az) “Qarabağ-2” – “Qaradağ Lökbatan” “ASCO Arena”, 15:00 “Keşlə-2” - “Sumqayıt-2” “ASK Arena”, 16:00 Qeyd: “Neftçi-2” komandasının müraciəti, eləcə də “Zaqatala” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının isə yekun qərarına əsasən I Divizionun 27-ci turunun “Zaqatala” – “Neftçi-2” oyunu Zaqatala OİK stadionunda deyil, Türk Hava Yolları təlim-məşq bazasının IV meydançasında keçiriləcək.
|