Ötən mövsümün ən yaxşı qapıçısı adına layiq görülən “Xəzər Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu barədə www.pfl.az saytına fikirlərini bildirib: “Ötən mövsümün ən yaxşı qapıçısı
seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir. Düzünü
desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım. Çünki, ötən mövsüm zədələrə
görə bir qədər yaxşı çıxış edə bilməmişdim. Azərbaycanda yetərincə peşəkar
qapıçılar var. Hətta mən deyərdim ki, Avropa səviyyəli qapıçılarımız yetərincədir.
Stabil oynamağa çalışmaq lazımdır. Komandam üçün əlimdən gələni etmişəm və
bundan sonra da edəcəm. Məni bu mükafata layiq görənlərə təşəkkür edirəm və
onların etimadını doğrultmağa çalışacağam. Komanda yoldaşım Kamal Bayramov da
yetərincə peşəkar qapıçıdır. O, Avropada çıxış etməyə layiq olan futbolçudur.
Sadəcə “idman xoşbəxtliyi” onun üzünə gülmür. Kamalın üstündə təzyiqlər çoxdur”.
|