İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XXIV turunun “Keşlə” – “Səbail” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunur.
“Sabah” klubunun 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Klubun 13 nömrəli futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Klubun 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimələnir.
Klubunun rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.
“Neftçi” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Klubun baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Zirə” oyununda “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunur.
I Divizionun XVIII turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
I Divizionun XXIII turunun “Zaqatala” – “Keşlə-2” oyununun 55-ci dəqiqəsində “Zaqatala” klubunun 3 nömrəli futbolçusu Nicat Oruclu “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimələnir.
“Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
MOİK – “Qarabağ-2” oyununda MOİK klubunun 4 nömrəli futbolçusu Nurlan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Klubun 5 nömrəli futbolçusu Rüstəm Rüstəmov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində klubun 2 nömrəli futbolçusu Qabil Sabirli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimələnir.
Klubun 29 nömrəli futbolçusu Zahir Xanhüseynli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimələnir.
Klubunun məşqçisi Ramin Nəsibov ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.
“Qarabağ-2” klubunun 45 nömrəli futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
|