Bu
gün 2011/2012-ci il mövsümü Unibank Premyer Liqasının qaliblərinin
mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirdə ötən mövsümün çempionu “Neftçi”,
gümüş mükafatçısı “Xəzər Lənkəran” və bürünc mükafatçısı “İnter”ə Fransanın məşhur
“Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunacaq. Bundan
başqa İdman Araşdırmaları Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən
yaxşıları nominasiyalarında qalib gəlmiş futbolçulara Peşəkar Futbol Liqasının mükafatları
təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbirin başlama
vaxtı 18:00-dır.
|