Topaz Premyer Liqasının VIII turunun oyunları çərçivəsində "Turan"ı qəbul edən "Neftçi" 2:1 hesabıyla qələbə qazanıb. Əsgər Abdullayev,“Turan”
klubunun baş məşqçisi:
“Uşaqlar mənim istədiyim kimi
oynaya bilmədilər. “Neftçi” kimi komanda ilə oyunda bu qədər qol vəziyyəti
yaradıb, onlardan yararlana bilmədik. Söz tapa bilmirəm. Böyük klublar az səhv
buraxırlar. Eyni zamanda rəqibin buraxdığı səhvləri də bağışlamırlar. Biz də bu
gün səhv etdik və “Neftçi” onları bağışlamadı”.
Böyükağa Hacıyev,“Neftçi”
klubunun baş məşqçisi:
“Bütövlükdə pis
oynamadıq. Futbolçularda Avropa Liqasında “İnter”lə oyundan sonra bir qədər yorğunluq var
idi. İki cəbhədə mübarizə aparmaq çətindiк. Amma bu gün meydanda yalnız bir
komanda var idi – “Neftçi”. “Turan”ın son oyunlardakı nəticələri bizi diqqətli
olmağa məcbur edirdi. Onlar bu görüşdə də döyüşdülər. Lakin biz istədiyimizi
ala bildik”.
|