İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
I Divizionun XIII turunun “Kəpəz” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Kəpəz” – “Qaradağ Lökbatan” görüşündə oyun öncəsi “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;
XIII turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Matç bitdikdən sonra “Turan Tovuz” klubunun 11 nömrəli futbolçusu Nurlan Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur;
XIV turun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 27 nömrəli futbolçusu Hikmət Vediyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
XIV turun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVIII turun “Kəpəz” – “Keşlə-2” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XVIII turun “Turan Tovuz” – “Zaqatala” oyununda təcili yardım maşını stadiona gec gəldiyinə görə meydan sahibi klub 160 manat cərimələnir;
“Zaqatala” klubunun ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur.
|