I Divizionun XIV turunda təxirə salınmış iki görüşün oyun cədvəli məlum oldu. Hər iki qarşılaşma I Divizionun yutub kanalında canlı yayımlanacaq.
28 mart (bazar) “Neftçi-2” – “Sumqayıt-2” Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00 MOİK – “Kəpəz” Binə qəsəbə stadionu, 15:00
Qeyd: Azərbaycan milli komandalarının heyətində çox sayda oyunçusu olan “Sabah” klubunun rəsmi müraciətini, Əsasnaməni və “Keşlə”nin rəsmi razılıq məktubunu nəzərə alan PFL “Sabah-2” – “Keşlə-2” oyununu 28 aprel tarixinə təxirə salır.
|