İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XIX turunun “Neftçi” – “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
“Qəbələ” – “Səbail” oyununda “Qəbələ” klubunun 71 nömrəli futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Matçın 67-ci dəqiqəsində “Səbail” klubunun 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur.
I Divizionun XVI turunun “Qarabağ-2” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
MOİK – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Zaqatala” – “Sumqayıt-2” matçının 67-ci dəqiqəsində “Zaqatala” klubunun 6 nömrəli futbolçusu Aleksandr Şemonayev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur. Oyunda topdaşıyan şəxslər təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.
“Sabah-2” – “Qaradağ Lökbatan” matçının 63-ci dəqiqəsində “Sabah-2” klubunun 90 nömrəli futbolçusu Ramil Şeydayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur. Oyunda “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Turan Tovuz” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.
|