İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XVIII turunun “Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunur;
XVIII turun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunur;
I Divizionun XV turunun “Keşlə-2” – “Zaqatala” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XV turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XV turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Neftçi-2” klubunun 87 nömrəli futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
“Neftçi-2” klubunun 65 nömrəli futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
“Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
|