Beynəlxalq Futbol Tarixi və
Statistikaları Federasiyasının (İFFHS) sentyabr ayı üçün “Dünyanın ən yaxşı
futbol komandaları”nın reytinqində yer alan tək Azərbaycan klubu “Neftçi” oldu. Bu barədə www.pfl.az saytı qurumun rəsmi internet səhifəsinə istinadən məlumat yayıb.
IFFHS jurnalistlər və futbol
ictimaiyyətinin tanınmış simalarının verdiyi səslərlə formalaşdırdığı,
klubların beynəlxalq və milli çempionatlarda oynadığı matçlar nəzərə alınaraq
hazırladığı sıralamasında 1 oktyabr 2011 və 30 sentyabr 2012-ci il tarixləri
arasındakı son bir illik müddəti əhatə edən statistikanı açıqlayıb.
Öncəki aya görə 46 pillə irəliləyən
“Neftçi” 78.0 xalla 259-cu sırada qərarlaşıb.
Neftçinin Avropa Liqasındakı rəqiblərindən “İnter”
185 xalla 28-ci, “Rubin” 119 xalla 95-ci, “Partizan” isə 117 xalla 105-ci pillədə
yer alıblar.
Türkiyə komandalarından ilk
100-lükdə sadəcə “Fenerbahçe”nin adına rast gəlmək olar.
IFFHS-nin “Dünyanın ən yaxşı futbol komandaları” sentyabr ayı üçün dəyərləndirməsində
yer alan digər komandaların sıralaması:
İLK 10
1. Barselona (İspaniya)
343
2. Universidad (Çili) 300
3. Boca Juniors (Argentina)
286
4. Real Madrid (İspaniya)
281
5. Atletiko Madrid (İspaniya)
264
6. Çelsi (İngiltərə)
256
7. Bayern Münih (Almaniya)
248
7.(8) Korinthians (Braziliya)
248
9. Athletik Bilbao (İspaniya)
240
10. Velez Sarsfield
(Argentina) 227
-------------------------------------
56. Fenerbahçe (Türkiyə)
147,5
114. Beşiktaş (Türkiyə
112,5
139. Trabzonspor (Türkiyə
105
163. Galatasaray (Türkiyə)
97.5
---------------------------------------
259. Neftçi (AZƏRBAYCAN) 78.0
|