Topaz
Premyer Liqasının VIII turunda “Bakı” doğma meydanda “Qəbələ”nin müqavimətini
qıra bilmədi – 1:1.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Bu cür gözəl idman kompleksinə görə “Bakı”
klubuna təşəkkürümü bildirirəm. Oyunun çox çətin olacağını bilirdik. 3 xal
qazanmaq istıyirdik, lakin iki xal itirdik. 60 dəqiqə azlıqda oynadıq, buna
baxmayaraq, futbolçularım əzmkarlıq göstərdilər, sonadək mübarizə apardılar.
Komandama oyuna görə təşəkkür edirəm”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Güclü rəqibə qarşı oynadıq. Qol
imkanlarımız var idi, lakin yalnzı birindən faydalana bildik. Oyuna bir az
sinirli başladıq, buraxdığımız qol bizim üçün gözlənilməz oldu. “Qəbələ”yə
qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
|