![](uploads/93067QARA.jpg) Azərbaycan Premyer Liqasında 2020-ci il başa çatıb. İl ərzində 2019/20 mövsümünün 6, 2020/21 mövsümünün 13 turu keçirilib. 19 turda ümumilikdə 75 oyun baş tutub. Keçirilən matçlarda 196 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub. Meydan sahibləri 27, qonaqlar 26 qələbə qazanıbsa, 22 görüşdə heç-heçə qeydə alınıb. 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dır. Bir oyun az keçirən Ağdam klubu il ərzində daha çox – 37 xal toplayıb. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu ildə hamıdan çox qol vurub, ən az top buraxıb. Eyni sayda – 10 qələbəsi olan “Neftçi” 36 xal yığıb. 3-cü sırada qərarlaşan “Zirə” “ağ-qaralar”dan 10 xal geridədir.
1
|
Qarabağ
|
18
|
10
|
7
|
1
|
41-10
|
37
|
2
|
Neftçi
|
19
|
10
|
6
|
3
|
26-17
|
36
|
3
|
Zirə
|
19
|
7
|
5
|
7
|
23-29
|
26
|
4
|
Səbail
|
18
|
5
|
6
|
7
|
20-22
|
21
|
5
|
Qəbələ
|
19
|
5
|
6
|
8
|
24-31
|
21
|
6
|
Sabah
|
19
|
6
|
3
|
10
|
18-26
|
21
|
7
|
Sumqayıt
|
19
|
5
|
6
|
8
|
22-32
|
21
|
8
|
Keşlə
|
19
|
5
|
5
|
9
|
22-29
|
20
|
|