Topaz Premyer Liqasının VIII turunda AZAL doğma meydanda “Xəzər Lənkəran”a 0:2 hesabı ilə məğlub olaraq mövsümdə ilk məğlubiyyətini aldı. Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “AZAL-la oyunun çətin olacağını bilirdik. Ardıcıl məğlubiiyətdən sonra qalib gəlmək istəyirdik. AZAL bu mövsümə yaxşı başlayıb. Komanda ötənilki ilə müqayisədə daha yaxşı oyun göstərir. Turnir cədvəlinin liderlərindən biridir. Son oyunlarımızı nəzərə alsaq əhvalımız o qədər də yaxşı deyildi. Bugünkü oyunda komanda sona qədər mübarizə apardı, qələbə qazandıq. Bu qələbənin komandadakı ab-havanı yüksəldəcəyinə inanıram, ardı gələcək. AZAL-a gələcək oyunlarda uğurlar arzulayıram”. Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Oyuna ciddi hazırlaşmışdıq, qələbə qazanmaq əzmində idik. Oyun boyu komandamız üstün oynasa da, ustalıq səviyyəsində “Xəzər Lənkəran”a uduzduq. Komandanın bugünkü oyunu düz yolda olduğumuza inamı artırır”.
|