![](uploads/800495918171807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun IX turunun “Qarabağ-2” – “Keşlə-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
Diktor vaxtında iştirak etməyərək məlumatların verilməsini təmin etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;
IX turun MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
“Sumqayıt-2” klubunun 27 nömrəli futbolçusu İsmayıl Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
|