İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasının VII turunun “Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 23-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 №-li futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilmiş və epizod təhlükəli oyun kimi qeydə alınmışdır. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilir və epizod sarı vərəqə ilə qiymətləndirilir (maddə 19). Oyunun fasiləsində “Xəzər Lənkəran” klubunun məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4). Matçın 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 38.4). Topaz Premyer Liqasının VII turunun “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyevin hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “İnter” – “Neftçi” matçının 49-cu dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Xanlar Zamanov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 76-cı dəqiqəsində “İnter” klubunun 31 №-li futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – AZAL matçının 87-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Abbas Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Rəvan” – “Kəpəz” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” – “Neftçi” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Fariz Ramazanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionunun IV turunun “Şahdağ” – “Energetik” matçının 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu Teymur Vəlixanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionunun IV turunun “Şəmkir” – “Şuşa” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun fasiləsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
|