Avropa Liqasında qrup mərhələsinin II turunda "Vilyarreal"la (İspaniya) qarşılaşan "Qarabağ" 1:3 hesabla məğlub oldu. Rəqibini İstanbulun Başakşəhər Fatih Terim stadionunda qəbul edən "köhlən atlar"ın yeganə qoluna Kvabena Ovusu imza atdı. Bu nəticədən sonra Ağdam klubu I qrupunda 0 xalla sonuncu pillədədir. Qeyd edək ki, "Qarabağ" növbəti oyununu 5 oktyabr səfərdə "Sivasspor"a (Türkiyə) qarşı keçirəcək.
|