Topaz Premyer Liqasının VII turunda “Sumqayıt” doğma
azarkeşləri önündə “Bakı”nı minimal hesabla məğlub etdi – 1:0.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Ötən həftə “Neftçi”
kimi güclü rəqibi məğlub etmiş komandaya qarşı oynadıq. Oyuna yaxşı başladıq,
ilk hissədə üstün oynadıq. Oyunumuzda çatışmayan qol idi. Rəqibin qapımıza
doğru ilk həmləsi qolla nəticələndi. İkinci hissədə daha üstün oynadıq,
hücumları artırdıq, lakin buraxdığımız qol oyunumuza təsir etdi. 2-3 dəfə real
qol imkanından yararlana bilmədik. Rəqib də bizi əks-hücumda tuta bilərdi. Ən
azı bir qol vurmalı idik. Artıq qarşıdakı oyunlara köklənib, qələbə
qazanmalıyıq”.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi:
“Oyuna görə komandama təşəkkür edirəm. Bir həftəyə çempionatın ən güclü iki
komandasına qalib gəldik. Komanda hər iki oyuna yaxşı köklənmişdi. Ötən gün
Mübariz Orucovun oğlu rəhmətə getmişdi, bu oyunu onun xatirəsinə həsr edirik. “Neftçi”yə
qarşı göstərdiyimiz oyunu bu gün göstərə bilmədik. İlk 20 dəqiqədə bəxtimiz gətirdi
ki, “Bakı” qol vura bilmədi. İlk qol epizodundan yararlanıb hesabı açdıq.
İkinci hissədə “Bakı” üstünlüyü artırsa da, futbolçularım özlərini itirmədilər.
Qapıçı Səlahət Ağayev də bugünkü qələbədə pay sahibi oldu. “Bakı”nın gələcək
oyunlarda lazımi xallar yığacağına inanıram”.
|