Topaz Premyer Liqasının VII turunda Zaqatalada "Simurq" "Qarabağ"ı qəbul edib. Qarşılşama 0-0 hesabıyla başa çatı.Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Rəqibi təbrik edirəm. Turnir cədvəlində yerini
qoruya bildi. Komandama təşəkkür edirəm. Yaxşı oynadıq. Qol imkanlarımız olsa da,
yararlana bilmədik. Zaqatala mənim üçün doğmadır. Bu komandanın uğurlarına
sevinirəm, həmişə də azarkeşlik edəcəm. Artıq oyunlarımızı ciddiyə almalıyıq”.
Georgi Çıxradze, “Simurq”
klubunun baş məşqçisi: “Oyun çox maraqlı və gözəl
keçdi. Biz ilk hissəni topsuz oynadıq. Lakin ikinci hissədə qol imkanlarımız
oldu. Qarabağ kimi komandadan bir xal almaq yaxşı nəticədir. Qurban Qurbanova və
“Qarabağ”a uğurlar arzulayıram. Qarabağ Azərbaycanın ən yaxşı komandalarından
biridir”.
|