Topaz
Premyer Liqasının VII turunda Tovuza səfər edən “Xəzər Lənkəran” yerli “Turan”a
1-2 hesabı ilə məğlub oldu.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Bizim üçün ən ağır oyunlardan biri
olacağını bilirdik. Oyuna uyğun taktika qurmuşduq. Salif Balloya demişdim ki,
bugünkü oyunda komandanın gizli silahı olmalısan. İlk hissədə rəqibi yorduq,
ikinci hissədə isə Ballo iki qol vurdu, qələbə qazandıq. İlk hissənin sonlarına
yaxın müdafiədə səhvlər buraxmağa başladıq, “Xəzər Lənkəran” da bundan istifadə
edib qol vurdu”.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyun barəsinda danışmaq istəmirəm,
hər şey göz qabağında idi. “Turan” komandasına uğurlar arzu edirəm”.
|