İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XVII turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 21 nömrəli futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Neftçi” – “Keşlə” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;
Premyer Liqanın XVII turunun “Sumqayıt” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun XV turunun “Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunun 65-ci dəqiqəsində “Qarabağ-2” azarkeşləri tərəfindən pirotexniki maddədən istifadə edildiyinə görə komanda 80 manat cərimə olunur;
I Divizionun XV turunun “Zirə-2” – “Sabah-2” oyununun ikinci hissəsi “Zirə-2” komandası paltardəyişmə otağını gec tərk etdiyinə görə 5 dəqiqə gecikdiyi üçün klub 80 manat cərimə olunur;
“Sabah-2” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunur;
Oyunda azərkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün “Zirə-2” 80 manat cərimə olunur;
I Divizionun XV turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Turan Tovuz” klubunun 15 nömrəli futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I Divizionun XV turunun “Neftçi-2” – “Sumqayıt-2” oyununun 79-cu dəqiqəsində “Sumqayıt-2” klubunun 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Meydan sahibinin təqdim etməli olduğu 2 ədəd elektron əvəzetmə tablosu oyun vaxtı işləmədiyinə, həmçinin diktor olmadığına görə “Neftçi-2” ümumilikdə 80 manat cərimə olunur;
I Divizionun XV turunun “Kəpəz” – “Keşlə-2” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunda xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Kəpəz” 80 manat cərimə olunur;
“Kəpəz” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunur;
Top daşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olduğu üçün “Kəpəz” 80 manat cərimə olunur.
|