“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub. Bu, XVII turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib. Mahir Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur. Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb. Xatırladaq ki, Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.
Mövsüm
|
klub
|
oyun
|
qol
|
2014/15
|
Bakı
|
16
|
0
|
2015/16
|
Qarabağ
|
16
|
7
|
2016/17
|
Qarabağ
|
21
|
3
|
2017/18
|
Qarabağ
|
24
|
8
|
2018/19
|
Qarabağ
|
26
|
16
|
2019/20
|
Qarabağ
|
14
|
6
|
Cəmi
|
|
117
|
40
|
|