“Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub. Bu, Premyer Liqanın XVII turunda baş verib. “Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb. Xatırladaq ki, “Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad “İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.
N
|
Oyunçu
|
Rəqib
|
Yer
|
Dəq.
|
Mövsüm
|
Tarix
|
1
|
Mehman Alışanov
|
İnşaatçı(Sabirabad)
|
e
|
4
|
1992
|
03.05.1992
|
100
|
Səttar Əliyev
|
Xəzər (Sumqayıt)
|
e
|
68
|
1993/94
|
30.09.1993
|
200
|
Müşfiq Hüseynov
|
Kür-Nur (Mingəçevir)
|
e
|
-
|
1995/96
|
01.10.1995
|
300
|
Bəxtiyar Musayev
|
Neftçi (Bakı)
|
e
|
64
|
1997/98
|
22.11.1997
|
400
|
Elmir Xankişiyev
|
Şəfa (Bakı)
|
s
|
13
|
1999/2000
|
03.04.2000
|
500
|
Eldəniz Məmmədov
|
Şahdağ-Samur (Qusar)
|
s
|
89
|
2003/04
|
13.09.2003
|
600
|
Vasif Haqverdiyev
|
MOİK (Bakı)
|
e
|
14
|
2005/06
|
29.04.2006
|
700
|
Rəşad Sadiqov
|
Qəbələ (Qəbələ)
|
s
|
78
|
2009/10
|
06.12.2009
|
800
|
Rəşad Sadıqov
|
Sumqayıt (Sumqayıt)
|
s
|
21
|
2012/13
|
19.08.2012
|
900
|
Muarem Muarem
|
Neftçi (Bakı)
|
e
|
51
|
2013/14
|
27.04.2014
|
1000
|
Muarem Muarem
|
Rəvan (Bakı)
|
e
|
53
|
2015/16
|
30.03.2016
|
1100
|
Riçard Almeyda
|
“Səbail” (Bakı)
|
e
|
31
|
2017/18
|
07.04.2018
|
1200
|
Abdullah Zubir
|
“Zirə” (Bakı)
|
s
|
61
|
2019/20
|
15.02.2020
|
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.
|