İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; “Zirə” klubunun 8 nömrəli futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur; “Zirə” klubunun 10 nömrəli futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur; I Divizionun XIV turunun “Turan Tovuz” – “Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlmədiyinə və bu səbəbdən oyun 13 dəqiqə gec başladığına görə meydan sahibi klub 160 manat cərimə olunur; I Divizionun XIV turunun “Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 17 nömrəli futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; I Divizionun XIV turunun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; I Divizionun XIV turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur; “Neftçi-2” klubunun 55 nömrəli futbolçusu İbrahim Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; I Divizionun XIV turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun 99 nömrəli futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur; “Qaradağ Lökbatan” klubunun futbolçusu sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 80 manat cərimə olunur.
|