Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Qarabağ”ın heyətində yubiley oyununu keçirib. Hücumçu Premyer Liqada 100-cü dəfə Ağdam klubunun formasında meydana çıxıb. Bu, XVI turun “Neftçi” ilə matçına (0:0) təsadüf edib. “Qarabağ”ın heyətində 2015-ci ildə debüt edən Mahir 5-ci mövsümdə “100”ə çatıb: 2015/16 – 16, 2016/17 – 21, 2017/18 – 24, 2018/19 – 26, 2019/20 – 13. Qeyd edək ki, Mahirin Premyer Liqada “Qarabağ”ın heyətində keçirdiyi ilk matç 2015-ci il avqustun 23-də AZAL-a qarşı səfər oyunu (2:0) olub.
|