Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti konfransı keçirildi. Konfransda Rövnəq Abdullayev yekdilliklə növbəti dəfə prezident seçildi. Yeni yaradılmış icraçı vitse prezident postuna Elxan Məmmədov təyin edildi. Qeyd edək ki, 8 yanvarda keçirilmiş növbədənkənar konfransda Peşəkar Futbol Liqasının AFFA İcraiyyə Komitəsindəki üzvlərinin sayının beşə qaldırılması qərara alınmışdı. Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov PFL-in İcraiyyə Komitəsində 5-ci nümayəndəsi olacaq. Digər 4 nümayəndə kimi Zaur Axundov “Keşlə”ni, Vaqif Sadıqov “Sumqayıt”ı, Rauf Əliyev “Səbail”i, Elşad Nəsirov “Neftçi”ni təmsil edəcək.
|