30.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

Slide 1

Misli Premyer Liqası 2024/25: I turun oyun cədvəli

   İntizam Komitəsinin iclası keçirildi      2019-12-04

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu:

Premyer Liqanın XIII turunun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XIII turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Premyer Liqanın XIII turunun “Səbail” – “Neftçi” matçında “Səbail” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu ilə “Neftçi” klubunun meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir;

Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimə olunur;

“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır;

Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur;

I divizionun XII  turunun “Qaradağ Lökbatan” – “MOİK” matçında“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur;

I divizionun XII  turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub  160 manat cərimə olunur;

I divizionun XII  turunun “Səbail” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

Oyunun 38-ci dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

I divizionun XII  turunun “Neftçi-2” – “Kəpəz” matçının 32-ci dəqiqəsində “Neftçi-2” klubunun 65 №-li futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Oyunun 33-cü dəqiqəsində “Neftçi-2” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir;

I divizionun XII  turunun “Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
2930 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: