![](uploads/264222-1.png) Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” Nikosiyada APOEL-in qonağı oldu. İlk hissədə Maksim Medvedevin qolu ilə hesabda önə keçən ağdamlılar ikinci yarıda 2 top buraxaraq məğlub oldular. Bu nəticədən sonra APOEL və “Qarabağ” 4 xalla qrupda 2 və 3-cü yerləri bölüşürlər. Qeyd edək ki, “köhlən atlar” növbəti görüşünü 28 noyabrda səfərdə “Sevilya”ya (İspaniya) qarşı keçirəcək.
|