![](uploads/74516DD56640.png) “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk”u (İrlandiya) mübarizədən kənarlaşdıra bilsə, “Sutyeska” (Monteneqro) – APOEL (Kipr) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyun səfərdə baş tutacaq. “Köhlən atlar” Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələ bilməsə, Avropa Liqasında “Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək, ilk duel səfərdə olacaq.
|