Premyer Liqanın V turunun oyunları çərçivəsində "İnter"in qonağı olan "Sumqayıt" minimal hesabla məğlub oldu. Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyun
boyu taktiki baxımdan yaxşı oynadıq. Rəqiblə bərabər səviyyədə oynadıq. Hücumda
problemlərimiz varıydı. İlk beş dəqiqədə buraxdığımız qol oyunumuza təsir etdi.
Heç-heçə oyunun ədalətli nəticəsi olardı”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Erkən qol
vurduqdan sonra da oyunda diqtə edən tərəf idik. “Sumqayıt” qısa ötürmələrə
üstünlük verirdi. Əks hücumlarda əldə etdiyimiz qol imkanlarından istifadə edə
bilmədik. Bunların üzərində işləyəcəyik. Qələbəyə layiq olduğumuzu düşünürəm”.
|