![](uploads/baki-turan-2012.jpg) Premyer Liqada V turun ilk oyun günündə "Bakı" "Turan"ı qəbul edib. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “İkinci qələbəmizi
qazana bilərdik. Komandam yaxşı mübarizə apardı. Rəqibimiz müdafiədə oynamağa
üstünlük verirdi və qol buraxmamağa çalışırdı. İkinci hissədə çox tez qol
buraxdıq. Qol vurmaq üçün bir neçə şansımız olsa da, istifadə edə bilmədik.
Futbolçularıma heç bir iradım yoxdu. Bu futboldur - bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir. Tam müdafiədə oynayan komandaya qarşı mübarizə aparmaq
çətindir. Qarşıdakı turlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Rəqib güclü komanda idi. Ona
görə də əks hücumda oynayırdıq. “Bakı” isə 3 xal üçün oynayırdı. Biz də buna görə rəqibi
əks hücumda yaxalamaq istəyirdik. Komandamda müəyyən çatışmazlıqlar var.
Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm. İlk hissədə daha təcrübəli Hafiz Əliyevi meydançaya buraxdım ki, topu daha çox saxlaya bilək”.
|