İntizam Komitəsinin ötən gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan I
Divizionunun I turunun “Göyəzən” – “Şuşa” matçının 71-ci dəqiqəsində “Göyəzən”
klubunun baş məşqçisi Elxan Muradov
hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
(maddə 62).
Oyunun 88-ci dəqiqəsində “Şuşa” klubunun 89 №-li futbolçusu Elçin
Qasımov azarkeşlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə futbolçu 3
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Matçın 89-cu dəqiqəsində “Göyəzən” klubunun azarkeşləri tərəfindən
meydançaya kənar əşya atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52). Azərbaycan
I Divizionunun I turunun “Ağsu” – “Şahdağ” matçının 79-cu dəqiqəsində “Ağsu”
klubunun 19 №-li futbolçusu Ramil Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 37.1).
|