![](uploads/58977rauf allahverdiyev.jpg) Topaz Premyer Liqasının XVII turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub. Qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdir. XII turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.
|