İntizam komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında “Zirə” və “Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 25-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur (maddə 55).
Topaz Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmamasına görə klub 1600 manat cərimə olunur (maddə 60).
Topaz Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. (maddə 48)
Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 2 №-li futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur (maddə 70).
|