Beynəlxalq
Futbol Tarixi və Statistikaları Federasiyası klubların Dünya reytinqini
açıqlayıb. Ölkəmizin bu siyahıda yeganə təmsilçisi olan son çempion “Neftçi” ötən
ayla müqayisədə xeyli irəliləyə bilib. Hesabında 73 reytinq xalı olan paytaxt təmsilçisi
566-cı pillədən 305-ci pilləyə yüksəib. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki
rəqiblərindən “İnter” 29-cu (54), “Rubin” 83-cü (58), “Partizan” isə 125-cidir
(112). “Neftçi”nin Avroliqadan kənarlaşdırdığı Kiprin APOEL klubu isə iki pillə
geriləyərək siyahıda 47-ci olub.
Qeyd:
mötərizədə klubların ötən aydakı mövqeləri əks olunub.
|