![](uploads/14831azkubokyeni.jpg) Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edir. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.
Azərbaycan kuboku
1/8 final 6 dekabr
1. “Ağsu” - “Sabah” - indiyədək qarşılaşmayıblar
2. “Şüvəlan” - “Keşlə” - 2 oyun, +0=1-1, top fərqi 0-1
Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.
2010/11
|
1/2 final
|
İnter (Bakı) - AZAL (Bakı)
|
0:0, 1:0
|
3. “Qaradağ Lökbatan” - “Sumqayıt” - indiyədək qarşılaşmayıblar
4. “Kəpəz” - “Səbail” - indiyədək qarşılaşmayıblar
|