Bu gün UEFA Avropa Liqasının play-off mərhələsinin cavab görüşləri keçirilib. Yeganə Azərbaycan təmsilçisi olan "Neftçi" klubu səfərdə Kiprin APOEL komandasının qonağı olub. İlk hissəsi 1:2 hesabıyla təmsilçimizin xeyrinə başa çatan qarşılaşada sonda gülən tərəf də "Neftçi" olub -1:3. APOEL üzərində qələbə qazanaraq "Neftçi" Azərbaycan tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Bu möhtəşəm qələbə münasibətilə Peşəkar Futbol Liqası olaraq bütün Azərbaycan xalqını təbrik edir, qələbələrimizin davamını diləyirik. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən qarşılaşma 1:1 hesabıyla başa çatmışdı.
APOEL (Kipr) 1-3 "Neftçi" (AZƏRBAYCAN) Qollar: Selim Benaçour, 44 // Cavid İmamverdiyev, 22; Julius Vobay, 30; Flavinyo, 59
|