Premyer
Liqanın son turunun “Rəvan”la qarşılaşmasından sonra 3 günlük istirahətə
buraxılan “Qarabağ” klubu yenidən bir araya gəlib. Tofiq İsmayılov adına Suraxanı
qəsəbə stadionunda baş tutan məşqdə komandanın 12-13 üzvü iştirak edir. Belə
ki, Ağdam təmsilçisinin bir neçə futbolçusu Azərbaycan A və U-21 milli
komandaları ilə toplanışdadır. Ansi Aqolli isə Albaniya milli komandasının heyətinə
cəlb olunub.
|