“Rəvan” klubu 3 həftəlik təlim-məşq proqramı üzrə intensiv məşqlərə
başlayıb. Qeyd edək ki, 3 həftəlik təlim proqramı komandanın yeni baş məşqçisi
Bəhmən Həsənov tərəfindən hazırlanmışdır. Yeni baş məşqçi hücumçu Sallieu
Bundunun oyununu və məşqlərdə passivliyini əsas gətirərək Syerra Leoneli futbolçunun transferə
çıxarılmasına qərar verib. “Rəvan” komandası bundan sonra məşqlərini və ev
oyunlarını “20-ci sahə”-də yeni inşa edilmiş meydanda keçirəcək.
|