Premyer
Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Bakı” və IV turunun təxirə
salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunları 20 sentyabr 2012-ci il tarixində
keçiriləcək. Bununla əlaqədar olaraq, VI turun “Simurq” – “Kəpəz” oyunu 23
sentyabr tarixindən 24 sentyabr tarixinə keçirilmişdir.
IV
turun təxirə salınmış digər qarşılaşması - AZAL – “Neftçi” oyunu isə 23 oktyabr
tarixində baş tutacaq. Bununla əlaqədar olaraq, X turun “Simurq” – AZAL oyunu
26 oktyabrdan 27 oktyabr tarixinə, XI turun AZAL – “Bakı” qarşılaşması 30
oktyabrdan 31 oktyabr tarixinə, XII turun “Kəpəz” – “Bakı” qarşılaşması isə 03
noyabrdan 04 noyabr tarixinə keçirilmişdir.
|