İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Rəvan”
matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Azərbaycan Premyer Liqasının IV turunun “Bakı” – “Kəpəz” matçının 17-ci dəqiqəsində
“Kəpəz” klubunun 3 №-li futbolçusu Təbriz Hüseynli idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin IV turunun “Turan” – “İnter” matçının 66-cı dəqiqəsində
“İnter” klubunun 6 №-li futbolçusu Ruslan Cəfərov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin IV turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə
olunur (maddə 40).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin IV turunun “Bakı” – “Kəpəz” matçının 17-ci dəqiqəsində “Kəpəz”
klubunun 7 №-li futbolçusu Malik Babayev əllə oyuna görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Matçın 89-cu dəqiqəsində “Kəpəz” klubu nəzərdə tutulmuş
limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).
|