Azərbaycan Premyer Liqasında yaranmış 3 həftəlik fasilədən
istifadə edən Bakının “İnter” klubu Gürcüstana yollanacaq. Klubdan verilən məlumata
görə, avqustun 29-u qonşu ölkəyə yola düşəcək paytaxt təmsilçisi Tiflis şəhərində
təlim-məşq toplanışını keçirəcək. Sentyabrın 9-na kimi davam edəcək toplanış çərçivəsində
“İnter” 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Sentyabrın 4-də baş tutacaq
ilk yoxlama oyununda komandanın rəqibinin adı hələlik məlum olmasa da,
sentyabrın 8-də “İnter”in Tiflis “Dinamo”su ilə qarşılaşacağı dəqiqləşib.
|