![](uploads/6033271807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 8000 manat cərimə olunur (maddə 51).
Topaz Premyer Liqasının VIII turunun “Keşlə” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Oyunun 15-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının VIII turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52). Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödənilsin.
I Divizionun VII turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyun təyin olunduğu vaxtdan 4 dəqiqə gec başlandığı üçün “Sumqayıt-2” klubu 240 manat cərimə olunur (maddə 53.3).
I Divizionun VII turunun “Kəpəz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun VII turunun “Şüvəlan” – “Zaqatala” matçının 84-cü dəqiqəsində “Şüvəlan” klubunun 11 №-li futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun VII turunun “Ağsu” – “Qarabağ-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun VII turunun “Səbail-2” – “MOİK” matçının 54-cü dəqiqəsində “Səbail” klubunun 64 №-li futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 66-cı dəqiqəsində MOİK klubunun 99 №-li futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun VII turunun “Zirə-2” – “Qaradağ Lökbatan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyun təyin olunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur (maddə 53.3).
|