Gürcüstanlı
futbolçu Georgi Adamiya Bakının “İnter” klubunun heyətində Premyer Liqada ilk
qolunu vurub. Bununla da yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında heyətində
qol vurduğu klubların sayını 4-ə çatdırıb. IV turun “Turan”la səfər oyununa kimi Adamiya “Neftçi”, “Bakı” və “Qarabağ”
üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt
edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci
legioner oldu.
Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4
komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da,
Anatoli Doroşa məxsus mütləq rekord 5-ə bərabərdir. Adamiyadan təxminən 2 dəfə
az – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.
Futbolçu
|
Qol vurduğu klubların sayı
|
Qol vurduğu klublar
|
Qol sayı
|
Vətəndaşlığı
|
Anatoli Doroş
|
5
|
Simurq (Zaqatala), AZAL (Bakı), MKT Araz (İmişli), Karvan
(Yevlax), Standard (Sumqayıt)
|
32
|
Moldova
|
Leonardo Roşa
|
4
|
Qarabağ (Ağdam), Standard (Sumqayıt), İnter (Bakı), Bakı
|
18
|
Braziliya
|
Tagim Novruzov
|
4
|
Muğan (Salyan), Simurq (Zaqatala), Turan (Tovuz), Rəvan
(Bakı)
|
9
|
Azərbaycan/Rusiya
|
Arif Daşdəmirov
|
4
|
Şahdağ (Qusar), MKT Araz (İmişli), Masallı, İnter (Bakı)
|
6
|
Azərbaycan/Rusiya
|
Georgi Adamiya
|
4
|
Qarabağ (Ağdam), Neftçi (Bakı), Bakı, İnter (Bakı)
|
61
|
Gürcüstan
|
|