![](uploads/1880871807pfl.jpg) Futbol üzrə Azərbaycan I Divizionunun VIII turunun oyun cədvəlində dəyişiklik edilib. “Sabah-2” komandasının oyunçuları Kamran Məmmədov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov U-19, Nemət Musayev isə U-17 milli komandasının düşərgəsində olduğu üçün “Sabah-2” – “Zirə-2” matçı təxirə salınıb. “Sabah” klubunun müraciətini, “Zirə” klubunun razılıq məktubunu rəhbər tutan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 26 oktyabrda deyil, 29 oktyabrda keçirilməsinə qərar verib.
|